Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə
- 23 iyul, 2023
- 13:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Vəliyeva Rəna Söhbət qızı Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı bir ailənin üzvləri, sürücü 31 yaşlı Vəliyeva Rəna Söhbət qızı, onun övladları 11 yaşlı Vəliyeva Sevgi Kamil qızı və 10 yaşlı Vəliyev Əli Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:00
"Napoli"nin futbolçusu Antonio Verqarada sıradan çıxıb
Futbol
17:47
Rumıniyanın "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulması müzakirə edilib
Energetika
17:43
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında
Analitika
17:39
Türkiyə millisinin sabiq üzvü Emre Mor peşəkar futboldan müvəqqəti uzaqlaşmaq qərarına gəlib
Futbol
17:33
Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Xarici siyasət
17:32
Çində məmur dövlət sirrini yaydığına görə ölüm cəzasına məhkum edilib
Digər ölkələr
17:32
UEFA "Sabah"ın futbolçusu Eyden Makkartini 2 oyunluq cəzalandırıb
Futbol
17:28
AK transsərhəd ticarətin məhdudlaşdırılması məsələsi ilə əlaqədar "Coca-Cola EP"ni araşdırır
Digər ölkələr
17:25
Bahrom Aşrafxanov: Daşkənd, Aşqabad və Bakının yaxınlaşması regionda sülh və sabitliyi möhkəmləndirəcək
Xarici siyasət