Kürdəmir rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad olunub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün Kürdəmir rayonunda 20 Yanvar faciəsi qurbanlarının 30-cu ildönümü – Ümumxalq Hüzn Günü böyük ehtiramla yad edilib.
İlk öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 2016-cı ilin aprel ayının 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz baş leytenant Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barelyefin önünə gül dəstələri qoyublar. Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaq: "Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab
Daha sonra tədbir iştirakçıları rayonun 20 Yanvar parkına gələrək “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
C.Cəfərov şəhid ailələrinə başsağlığı verərək şəhidlərimizin Vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edib.
Tədbir iştirakçıları eyni zamanda Sığırlı kəndində Aprel döyüşlərində şəhid olmuş gizir Tural Qurbanovun və rayon ərazisində olan digər şəhidlərin məzarını ziyarət ediblər.