Kürdəmirdə 18 nəfər cərimələnib

Kürdəmirdə 18 nəfər cərimələnib Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər
Hadisə
16 Aprel , 2021 19:51
Kürdəmirdə 18 nəfər cərimələnib
0 : 00
0 : 00

Son 2 gündə Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozduqlarına görə 18 nəfər rayon sakini cərimələnib.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna Kürdəmir Rayon Polis Şöbəsindən məlumat verilib.

Belə ki, polis şöbəsinin əməkdaşları gün ərzində istər rayon, istərsə də kəndlərdə koronavirus infeksiyasının qarşısını almaq istiqamətində Operativ Qərargahın əmrlərinə əsasən mühüm işlər həyata keçirirlər. Polis əməkdaşları insanlar arasında profilaktik söhbətlər aparır və onlara karantin qaydalarına ciddi şəkildə əməl etməyi və tibbi maskadan istifadə etməyi, eləcə də sosial məsafəni gözləməyi tövsiyə edirlər. Təkcə son 2 gün ərzində polis şöbəsinin əməkdaşları karantin qaydalarını pozduqlarına görə, eləcə də tibbi maskadan istifadə etmədiyinə görə 18 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 100-200 manat məbləğində cərimə tətbiq ediblər.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi