Konstitusiya Məhkəməsi apelyasiya məhkəməsinin müraciətinə baxıb

Konstitusiya Məhkəməsi apelyasiya məhkəməsinin müraciətinə baxıb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Hadisə
459
1 Sentyabr , 2020 15:56
Konstitusiya Məhkəməsi apelyasiya məhkəməsinin müraciətinə baxıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsi baxımından şərh edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 16-na təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi