"Jurnalistlərin binası"ndan azyaşlı yıxılaraq ölüb - YENİLƏNİB

"Jurnalistlərin binası"ndan azyaşlı yıxılaraq ölüb - YENİLƏNİB Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.
Hadisə
8 İyun , 2021 21:07
Jurnalistlərin binasından azyaşlı yıxılaraq ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Səbail rayonu, Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Səbail rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.

20:26

Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.

Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.

Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi