İxracdan əldə olunan 119 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb

İxracdan əldə olunan 119 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında
Hadisə
13 Dekabr , 2024 16:21
İxracdan əldə olunan 119 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb

Xarici ölkələrə müxtəlif növ məhsulları ixracından əldə olunan 119 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İndiyədək Bakı şəhərinin Nərimanov və Suraxanı rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 70 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 119 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Son xəbərlər

Orphus sistemi