İş yoldaşını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb

İş yoldaşını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb Xızıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Salahlının cinayət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
12 Yanvar , 2022 12:44
İş yoldaşını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb

Xızı rayonunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Salahlının cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il noyabrın 3-də Xızı rayonunda qeydə alınıb.

Belə ki, rayonu ərazisində yerləşən "Yaşma Quşçuluq" MMC-nin ətraf mühafizəsində işləyən, 1998-ci il təvəllüdlü Ş.Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı həmkarı, 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevi öldürüb.

Keçirilən əməliyyat tədbirləri zamanı Ş.Salahlı polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi