Goranboyda başına metal boru düşən fəhlə ölüb, cinayət işi açılıb

Goranboyda başına metal boru düşən fəhlə ölüb, cinayət işi açılıb Fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəs
Hadisə
28 Fevral , 2022 09:47
Goranboyda başına metal boru düşən fəhlə ölüb, cinayət işi açılıb

Goranboyda başına metal boru düşən fəhlə ölüb, cinayət işi açılıb.

Bu barədə "Report"a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət alıb və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi