İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi bərpa olunub - YENİLƏNİB

İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi bərpa olunub - YENİLƏNİB İmişli rayonunda qəza nəticəsində 9 yaşayış məntəqəsi qazsız qalıb.
Hadisə
14 İyul , 2024 19:30
İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi bərpa olunub - YENİLƏNİB

İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi bərpa olunub.

“Report”un Muğan bürosunun məlumatına görə, “Bəhrəmtəpə” daşıyıcı yeraltı kəmərində qaz təminatı müvəqqəti olaraq təmin olunub.

Sabah təmir-bərpa işləri davam etdiriləcək.

11:48

İmişli rayonunda qəza nəticəsində 9 yaşayış məntəqəsi qazsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-lik orta təzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərininin Rəsullu kəndi ərazisindən keçən hissəsini rabitə xətt çəkən podratçı təşkilata məxsus ekskovator tərəfindən qazıntı işləri aparılarkən zədələnib.

Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar, bu gün işlər yekunlaşana qədər İmişli rayonunun 8 kəndində - Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhramtəpə qəsəbəsində (ümumi 6000 abonent) qaz təchizatı daxildən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi