İmişlidə bıçaqlanma hadisəsi baş verib, ölən və yaralanan var
Hadisə
- 11 avqust, 2020
- 18:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İmişlidə bıçaqlanma hadisəsi baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə 20:00 radələrində İmişli rayonunun Göbəktala kəndində qeydə alınıb.
Həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. İmişli rayon Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Hüseynov mübahisə zamanı, həmkəndliləri 1985-ci il təvəllüdlü Amid Əmrahovu və 1990-cı il təvəllüdlü Səbuhi Əmrahovu bıçaqlayıb.
Amid Əmrahov hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1