İmişlidə avtomobil yola uzanmış şəxsi vurub öldürərək qaçıb

İmişlidə avtomobil yola uzanmış şəxsi vurub öldürərək qaçıb İmişli rayonunda avtomobil yolun üzərində uzanmış şəxsi vurub öldürərək qaçıb.
Hadisə
18 mart 2023 05:57
İmişlidə avtomobil yola uzanmış şəxsi vurub öldürərək qaçıb

İmişli rayonunda avtomobil yola uzanmış şəxsi vurub öldürərək qaçıb.

“Report”un məlumatına görə, hadisə martın 17-si saat 23 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Murtuzayev Ziyadxan Həsənbala oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən asfalta uzanmış İmişli rayonunun Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Xasayev Fərman Qəhrəman oğlunun üzərindən keçib. Nəticədə F.Xasayevi avtomobillə vuran Z.Murtuzayev nəqliyyat vasitəsini saxlamayaraq hadisə yerindən qaçıb.

İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq zamanı Z.Murtuzayev şübhəli şəxs qismində tutulub.

Son xəbərlər

Orphus sistemi