Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan vətəndaşı 100 ildən sonra qohumlarını tapıb. “Report”un məlumatına görə, qohumlarını uzun müddətdən sonra tapan şəxs hazırda Goranboy rayonu, Xoylu kəndində yaşayan Müzəffər İsmayılovdur.
M.İsmayılovun atası Hətəm İsmayılov 1915-ci ildə Dərələyəz mahalının Canı kəndindən qaçqın düşüb.
Onun ailəsi, o cümlədən əmiləri Alşan, Tahir, Vilayət 1915-ci ildə erməni talanları nəticəsində ata-baba yurdlarından didərgin düşüblər. Həmin vaxtdan bütün nəsil Azərbaycanın müxtəlif bölgələrinə səpələnib. Lakin M.İsmayılov hər zaman qohumlarını axtarıb tapmağa çalışıb. “
“Nəhayət, illərlə çəkdiyim ağrı-acıya, həsrətə son qoyuldu - əziz qohumlarıma qovuşdum”, - M.İsmayılov bildirib.