İstintaq təcridxanasında nikah mərasimi keçirilib

İstintaq təcridxanasında nikah mərasimi keçirilib Nikahı 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi qeydə alıb
Hadisə
10 İyun , 2015 15:43
İstintaq təcridxanasında nikah mərasimi keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib. Bu barədə "Report"a xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Penitensiar Xidmət təcridxanada saxlanılan Emin Səyfər oğlu Tağiyev ilə vətəndaş Firuzə Tofiq qızı Baxışovanın müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradıb.

4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Aynurə İlham qızı Hacıyevanın qeydə aldığı nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quranlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi