İsmayıllıda mikroavtobus iki piyadanı vurub

İsmayıllıda mikroavtobus iki piyadanı vurub İsmayıllı. 3 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Fevral , 2019 11:16
İsmayıllıda mikroavtobus iki piyadanı vurub

İsmayıllı. 3 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Qəbələ sakini idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Mican kənd sakinləri – 1963-cü il təvəllüdlü Mahmudova Qənirə Afət qızı və 1962-ci il təvəllüdlü Paşayeva Ramilə Dursunəli qızını vurub. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan Q.Mahmudovanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Goranboyda avtomobil piyadanı vurub.

Son xəbərlər

Orphus sistemi