İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Göyçayda yol qəzası törədib: ölən var - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Göyçayda yol qəzası törədib: ölən var - FOTO Məhəmməd Quliyevin idarə etdiyi "Mercedes" avtomobili Göyçay sakini Sədiyar Eyvazovu vurub
Hadisə
13 Mart , 2017 21:16
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Göyçayda yol qəzası törədib: ölən var - FOTO
Foto: "Report"

Göyçay. 13 mart. REPORT.AZ/ Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə saat 20:46 radələrində, Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçaydan İsmayıllı rayonu istiqamətinə hərəkət edən Məhəmməd Quliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay rayon Qarayazı kənd sakini Eyvazov Sədiyar Bulud oğlunu vurub. Nəticədə S. Eyvazov hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisəni törətmiş M.Quliyev İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşıdır. 

Son xəbərlər

Orphus sistemi