İŞİD silahlı birləşmələrinin tərkibində döyüşən azərbaycanlı saxlanılıb

İŞİD silahlı birləşmələrinin tərkibində döyüşən azərbaycanlı saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
22 Oktyabr , 2015 13:00
İŞİD silahlı birləşmələrinin tərkibində döyüşən azərbaycanlı saxlanılıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Beyləqan rayonu Birinci Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək Pərviz oğlu saxlanılıb. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşən B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub. Keçirilən əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik edən Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu  tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi