İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi polis idarəsində Nemət Pənahlı ilə görüşüb

Hadisə
  • 15 oktyabr, 2018
  • 13:48
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi polis idarəsində Nemət Pənahlı ilə görüşüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov inzibati qaydada həbs olunan siyasətçi Nemət Pənahlı ilə görüşüblər.

Komitə sədri Tural Hüseynov “Report”a bildirib ki, hüquq müdafiəçiləri bu gün Nəsimi rayon Polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq aparıb: “Monitorinq zamanı orada polisə müqavimət göstərdiyi üçün 30 günlük inzibati həbs olunan Nemət Pənahlı ilə görüşdük. O, saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etmədi. Bizə bildirildi ki, Nemət Pənahlıya gətirilən yemək, kitablar və dərmanları ona çatdırılıb. Özü dedi ki, boş vaxtlarında idmanla məşğul olur”.

Qeyd edək ki, Nemət Pənahlı iki gün əvvəl polisə müqavimət göstərməkdə ittiham olunaraq 30 gün müddətinə inzibati qaydada həbs olunub.

Hafiz Heydərov