Bakı. 2 may.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Hətəmov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, S.Hətəmov bir neçə nəfərə qarşı iş qurmaq, tikinti materiallarının satışını həyata keçirmək adı ilə dələduzluq edib.
İttihama görə, ki, S.Hətəmov bu məqsədlə Elxan Qarayevdən 138 min dollar alıb. Həmin pulun 54 min manatını qaytarıb.
Həmçinin Adışirin Hüseynovun etibarından sui-istifadə edərək 8200 manatını, Lazım Mehdiyevin 8290 manatını ələ keçirib.
S.Hətəmov həmçinin Qaşqay Məmmədova qarşı da dələduzluq edərək 20 min dollarını alıb. Daha sonra həmin məbləğin 4 minini qaytarıb.
S.Hətəmov özünü təqsirli bilməyib və adı çəkilən zərərçəkmişlərdən pul almadığını söyləyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.