İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin yeri müəyyənləşdirilib

Hadisə
  • 27 yanvar, 2017
  • 12:55
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin yeri müəyyənləşdirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ “İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunub”.

“Report”u xəbərinə görə, bunu Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir, general-polkovnik Ramil Usubov deyib.

“Bütövlükdə, axtarış işinin nəticələri müqayisə edilən dövrə nisbətdə 2,4 faiz yaxşılaşaraq 71,5 faiz təşkil edib. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.911, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2429 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub” -  nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti