İmişlidə avtomobil piyadanı vuraraq xəsarət yetirib

Hadisə
  • 13 iyun, 2020
  • 22:21
İmişlidə avtomobil piyadanı vuraraq xəsarət yetirib
təcili

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün saat 21 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki 1985-ci il təvəllüdlü Əlizadə Səbuhi Namiq oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1998-ci il təvəllüdlü Cəfərov Mehman Elman oğlunu vurub. Nəticədə M.Cəfərov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.