Yuxarı
    Bağlamaq

    ​İcazəsiz beynəlxalq rabitə xidməti təşkil edən şəxslər barəsində cinayət işi başlanılıb

    Onlar danışıqları “Azərfon”, “Azercell” və “Bakcell” MMC-lərə məxsus nömrələr vasitəsi ilə təşkil edib

    Onlar danışıqları “Azərfon”, “Azercell” və “Bakcell” MMC-lərə məxsus nömrələr vasitəsi ilə təşkil edib

    Bakı. 6 aprel. REPORT.AZ/ İcazəsiz beynəlxalq rabitə xidmətinin təşkilinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə “Report”a Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

    Araşdırma zamanı xarici ölkə vətəndaşları Basit Abdul və İqbal Tanveerin həmyerliləri Tahir adlı şəxslə cinayət əlaqəsinə girərək paytaxtın Nərimanov rayonunda kirayə götürdükləri mənzildə quraşdırdıqları avadanlıqlardan istifadə edərək “Azərfon”, “Azercell” və “Bakcell” MMC-lərə məxsus nömrələr vasitəsi ilə mobil operator şəbəkələrinə birtərəfli telefon danışıqları təşkil edən “SİMBOX” avadanlığı üzərindən “Xüsusi razılıq” (lisenziya) tələb olunduğu halda belə razılıq almadan beynəlxalq rabitə xidmətlərini təşkil etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dövlətə külli miqdarda, yəni 7 min 500 manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “xüsusi razılıq” (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi