Baş Prokurorluq: "On bir yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir"
- 29 oktyabr, 2021
- 14:36
Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.
"Report" xəbər verir ki, məlumatda deyilir:
"KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir".
18:22
İmişli Rayon Prokurorluğunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 2010-cu il təvəllüdlü məktəbliyə 31 həftəlik hamiləlik diaqnozu qoyulub.
Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.