​Hindistanda 50-dən artıq insan qətlə yetirilib

Hadisə
  • 24 dekabr, 2014
  • 21:28
​Hindistanda 50-dən artıq insan qətlə yetirilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Polisin bildirdiyinə görə, Hindistanın şimal-şərqində qəbilə separatçılarının olduğundan şübhələnilənlərin əlaqələndirilmiş hücumları zamanı azı 52 nəfər ölüb.

Assam ştatının baş naziri Narendra Modinin hücumları "qorxaqlıq aktı" adlandırıb. Ştatın bəzi bölgələrində kommendant saatı elan edilib.

"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, rəsmilər hücumlarda fəaliyyətinə qadağa qoyulmuiş Bodolend Milli Demokratik Cəbhəsini günahlandırır. Hisndistan Bodolend Milli Demokratik Cəbhəsini terror təşkilatı adlandıraraq, bu yaxınlarda təşkilat üzvlərinə qarşı repressiyalara başlayıb.

Hisndistan Bodolend Milli Demokratik Cəbhəsi Boro xalqına müstəqillik tələb edir. Bu təşkilat 1998-ci ildən bəri borolu olmayanlara qarşı zorakılıqlar həyata keçirib, may ayında onlarla müsəlmanı qətlə yetirib.

Son xəbərlər

Bütün Xəbər Lenti