Tovuzda məktəblilər spirtli içkidən zəhərləniblər

Tovuzda məktəblilər spirtli içkidən zəhərləniblər Tovuz. 15 fevral. REPORT.AZ/ Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
Hadisə
15 Fevral , 2019 22:57
Tovuzda məktəblilər spirtli içkidən zəhərləniblər

Tovuz. 15 fevral. REPORT.AZ/ Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

İlkin məlumata görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Tovuz rayonunda qohumunu güllələyən şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi