Tovuzda 29 yaşlı qohumunu güllələyən şəxs saxlanılıb - YENİLƏNİB

Tovuzda 29 yaşlı qohumunu güllələyən şəxs saxlanılıb - YENİLƏNİB Tovuz. 25 yanvar. REPORT.AZ/ Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb.
Hadisə
10826
25 Yanvar , 2019 23:10
Tovuzda 29 yaşlı qohumunu güllələyən şəxs saxlanılıb - YENİLƏNİB

Tovuz. 25 yanvar. REPORT.AZ/ Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Grupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Belə ki, Tovuz rayon Abulbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Fuad Rahim oğlu Əliyev özünə məxsus "Jİ-27" markalı tüfənglə qohumu, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kərimovu sağ topuq nahiyəsindən güllələyib. F.Əliyev daha sonra hadisə yerindən qaçsa da, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunub. Hadisə zamanı istifadə edilən silah polis tərəfindən götürülüb.

Bir güllə yarası alan E.Kərimov isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəyə səbəb atın otlaq sahəsinə bağlanması olub. Tərəflər arasında buna görə yaranan etiraz mübahisə və qanlı hadisə ilə nəticələnib.

Faktla bağlı araşdırma aparılır.


***22:14

Tovuzda yerli sakin güllələnib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb. 

Rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kərimov topuğundan güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə güllələndiyi araşdırılır.

Daha əvvəl Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi