Həftə sonu Azərbaycanda baş verən yol qəzalarında 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Hadisə
  • 15 yanvar, 2018
  • 05:38
Həftə sonu Azərbaycanda baş verən yol qəzalarında 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda həftə sonu qeydə alınan cinayətlərin və yol qəzalarının sayı açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 13-dən 15-dək ölkənin daxili işlər orqanları tərəfindən 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.