Hacıqabulda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Hacıqabulda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub - YENİLƏNİB Hacıqabul rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
23 İyun , 2023 00:32
Hacıqabulda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Hacıqabulun İkinci Paşalı kəndində 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmamverdi oğlu idarə etdiyi 24-BF-954 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobillə yaxın qohumunun dəfn mərasimindən qayıdarkən idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, rayonun Birinci Udulu kənd sakini, 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, M.Babayev dünyasını dəyişib. Digər yaralı isə ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mircəlal Ağayev “Azərişiq” ASC-də nəzarətçi-mühəndis vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

22.06.2023. 20:48

Hacıqabul rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, yol qəzasında, kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu ağır yaralanıb. Yaralı anlaqlı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi