Hacıqabulda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB-3

Hacıqabulda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB-3 Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən digərinin şəxsiyyəti məlum olub.
Hadisə
4 İyun , 2019 10:50
Hacıqabulda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB-3

Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən digərinin şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, bu Ucar rayonunun Bərgüşad kənd sakini, 1965-ciil təvəllüdlü Usubov Fikrət Yusif oğludur.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə yerləşdirilib.

Fakt araşdırlır. 


*** 10:50

Hacıqabulda 2 nəfərin ölümü,4 nəfərin xəsarətalması ilə ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Vito” markalı, avtomobil “KaMAZ” markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində Gəncə şəhər sakinləri, 2008-ciil təvəllüdlü Şirəliyev Nicat Fikrət oğlu, 2006-cı il təvəllüdlü Şirəliyef Yusif Fikrət oğlu, 1968-ci il təvəllüdlü Şirəliyeva Elnarə Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir nəfərin adı isə məlum deyil.

Y Şirəiyevin vəziyyəti ağır olduğundan reanmasiya şöbəsinə yerləşirlib.

Ölənlərdən birinin artıq şəxsiyyəti müəyyənləşdirilib. 

Bu Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Qasımov İsmət Vəliyəddin oğludur.

Faktla bağlı araşdırma aparılır.


*** 09:39

Hacıqabulda baş verən yol qəzasında 2 nəfər ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Vito” markalı, B 017 KN 134 dövlət nömrə nişanlı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə Rusiya vətəndaşı olan azərbaycanlılar hadisə yerində ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 09:07

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb. 

Qəza zamanı 2 nəfərin öldüyü bir neçə nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi