Gürcüstanda elektrik maşınlar istehsal olunacaq
- 22 oktyabr, 2018
- 08:54
Tbilisi.22 oktyabr. REPORT.AZ/ Gürcüstanda elektrik maşınlar istehsal edəcək zavod inşaolunacaq.
“Report”unyerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş naziri MamukaBaxtadze “Yaşıl iqtisadiyyat – Ekonəqliyyat” adlı fəaliyyət planının təqdimatızamanı deyib.
O bildiribki, zavodun inşası ilə bağlı iki çox məşhur brendlə danışıqlar aparılır:“Gürcüstan hökuməti növbəti 10 il ərzində avtoparkın 90 faizinin elektrikavtomobillərlə əvəzlənməsi ilə bağlı plan hazırlayıb. Bununla yanaşı, xüsusilizinq sistemi də tətbiq olunacaq. Sistemə əsasən, istehlakçı avtomobili 5illik müddətə yanacağa qənaət yolu ilə ala biləcək. Əlbəttə ki, bu, əhəmiyyətli üstünlükləryaradacaq və Gürcüstanda kifayət qədər iri bazar olacaq”.
Tədbirdəçıxış edən Tbilisi meri Kaxa Kaladze isə bildirib ki, 2020-ci ildən başlayaraqpaytaxta 200 ədəd 18 metrlik müasir standartlı elektrik avtobus gətiriləcək.
Merin sözlərinəgörə, 2019-cu ildən sonra Tbilisidə bütün avtobuslar elektrikli olacaq və bu daşəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından çox vacibdir.
Təqdimat mərasimindəhəmçinin qeyd olunub ki, Gürcüstan hökuməti Tbilisi meriyası ilə birgə yerüstümetronun inkişaf etdirilməsi üzrə plan hazırlayıb. Plana əsasən, 2019-cu ilinsonunda Samqori metrostansiyasını Lilo bazarı və hava limanı ilə birləşdirəcəkyerüstü metro xəttinin inşasına başlanılacaq. 2021-ci ildən başlayaraq 2022-ciilin sonuna qədər mərhələli şəkildə 7 yeni metrostansiya istifadəyə veriləcək vəSamqori metrostansiyası tam yenilənəcək. Planın ikinci mərhələsində Tbilisi vəRustavi şəhərlərinin yerüstü metro xətti ilə birləşdirilməsi nəzərdə tutulub.