Gürcüstan polisi külli miqdarda narkotik maddə saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb

Gürcüstan polisi külli miqdarda narkotik maddə saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb Azərbaycan vətəndaşı müvəqqəti yaşayış yerində saxlanılıb
Hadisə
30 Yanvar , 2017 11:57
Gürcüstan polisi külli miqdarda narkotik maddə saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıb.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, 1985-ci ildə anadan olmuş vətəndaş E.İ. müvəqqəti yaşayış yerində saxlanılıb. Polis evdə axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlayaraq, maddi sübut kimi onları müsadirə edib.

"Axtarış zamanı MDMA narkotik vasitəsi (ekstazi - red.) olan 727 həb, 52 plitə və tərkibində 15,07 qram çətənə qətranı olan narkotik maddə ələ keçirilib. Vətəndaş E.İ.-nin narkoloji yoxlaması nəticəsində onun narkotikdən istifadə etməsi faktı qeydə alınıb. Hazırda külli miqdatda narkotik maddənin qanunsuz şəkildə əldə edilməsi və saxlanması üzrə istintaq gedir", - DİN-in bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi