Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi - FOTO - VİDEO - YENİLƏNİB

Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi - FOTO - VİDEO - YENİLƏNİB Tərtər rayonunda güclü külək səbəbi ilə elektrik enerjisinin verilişi dayandırılıb.
Hadisə
25 Fevral , 2020 13:45
Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi - FOTO - VİDEO - YENİLƏNİB
Report

Tərtər rayonunda güclü külək səbəbi ilə elektrik enerjisinin verilişi dayandırılıb. 

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayon mərkəzinin bir hissəsi və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Külək Tərtər şəhər 6 nömrəli orta məktəbin dam örtüyünü uçurub. Bununla əlaqədar olaraq həmin təhsil müəssisəsində dərslər dayandırılıb. 

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın miqdarı və miqyası araşdırılır.

*** 12:23

Güclü külək bərdə rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayan güclü külək rayonunda yaşayış binasının dam örtüyünü uçurub. Küləyin təsirindən Bərdə-Yevlax avtomobil yolunun kənarında yerləşən 20-yə yaxın irigövdəli ağac aşıb.

Eyni zamanda təbiət hadisəsi rayonda elektrik dirəklərini aşırıb və elektrik naqillərini sıradan çıxarıb. Bu səbəbdən rayonun bəzi ərazilərində elektrik enerjisinin verlişində fasilə yaranıb. 

Bərdə rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları tərəfindən təmir və bərpa işlərinə start edilib.

Son xəbərlər

Orphus sistemi