Göygöldə yük maşını aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Göygöldə yük maşını aşıb, iki nəfər ölüb - YENİLƏNİB Daha bir nəfər xəsarət alıb
Hadisə
26 may 2018 11:40
Göygöldə yük maşını aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Göygöl. 26 may. REPORT.AZ/ Göygöl rayonunda "KamAZ" markalı yük maşınının aşması nəticəsində ölən sərnişinlərdən daha birinin şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bu, qəza yerində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Rəşad Qəşəm oğlu Bədəlovdur.

*** 08:26

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Zeynalov Əhəd Yusif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi "KamAZ" markalı yük maşınını aşırdıb.

Nəticədə sürücü xəsarət alıb. Maşında olan iki sərnişindən hazırda şəxsiyyəti məlum olmayan biri hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi