Göygöldə silah satmaq istəyən şəxs saxlanılıb
Hadisə
- 09 fevral, 2024
- 05:43
Polis əməkdaşları Göygöldə silah satmaq istəyən şəxsi saxlayıb.
Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Verdiyev rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
07:22
Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb
Elm və təhsil06:46
Tramp Kennedi Mərkəzinin təmir işləri üçün bağlandığını açıqlayıb
Digər ölkələr06:23
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib
Digər ölkələr05:51
Foto
Nyu-Yorkda dondurucu soyuqlar səbəbindən 14 nəfər ölüb
Digər ölkələr05:19
Sorğu: Yaponiyada hakim koalisiya parlamentdə 465 yerdən 300-nü əldə edəcək
Digər ölkələr04:50
"Kommersant": Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə 1,5 dəfə artıb
Region04:14
Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrinə görə hakim partiyadan ayrılıb
Digər ölkələr03:46
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan ölüb
Digər ölkələr03:11