Göygöldə piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Hadisə
  • 12 fevral, 2019
  • 08:25
Göygöldə piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Göygöl. 12 fevral. REPORT.AZ/ Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamnı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən hissəsində yolu keçmək istəyən, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tofiq Allahverdiyevi avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 


*** 12:04

Göygöl. 12 fevral. REPORT.AZ/ Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən yaşlı kişini avtomobil vurub. Hadisə yerinə Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti