Göygöldə leysan yağışlardan sonra bir neçə küçədə evlərə su dolub

Hadisə
  • 29 avqust, 2023
  • 14:36
Göygöldə leysan yağışlardan sonra bir neçə küçədə evlərə su dolub

Göygöl rayonunda leysan yağışlardan sonra şəxsi təsərrüfatlara zərər dəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, leysan yağışlar nəticəsində Göygöl şəhərinin bir neçə küçəsində yerləşən fərdi evlərə, həyətyanı sahələrə yağış suları dolub.

Qeyri-sabit hava şəraiti səbəbindən əkin sahələrinə də zərər dəyib.

Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.