Göygöldə itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub - YENİLƏNİB

Göygöldə itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub - YENİLƏNİB Göygöl. 20 fevral. REPORT.AZ/ Göygöl rayonunda itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub.
Hadisə
20 Fevral , 2018 16:54
Göygöldə itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub - YENİLƏNİB

Göygöl. 20 fevral. REPORT.AZ/ Göygöl rayonunda itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, 11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.  

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heç kimlə əlaqə saxlamadığını deyib. 

A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək.


***16:32

Göygöl. 20 fevral. REPORT.AZ/ Göygöl rayonunda yaşadığı evdən qaçaraq itkin düşən gəlin tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Mollacəlili kənd sakini, 1997-ci il təvəllüdlü Asiya Elnur qızı Ağakişiyeva Gəncə şəhər ərazisində tapılıb.

İlkin məlumata əsasən o qayınana və qayınatası ilə yola getmədiyi üçün evdən qaçıb.

Son xəbərlər

Orphus sistemi