Göygöldə 37 yaşlı kişi bıçaqlanıb

Göygöldə 37 yaşlı kişi bıçaqlanıb Göygöldə bıçaqlanma hadisəsi olub.
Hadisə
17 Fevral , 2022 21:58
Göygöldə 37 yaşlı kişi bıçaqlanıb

Göygöl rayon Topalhəsənli kəndində 37 yaşlı kişiyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Topalhəsənli kəndinin sakini, 37 yaşlı M.Yusibova bıçaqla xəsarət yetirməkdə, 1993-cü il təvəllüdlü X.Muradov şübhəli bilinir. O, hadisəni törətdikdən sonra qaçıb.

Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. 

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma davam edir.

21:14

Göygöldə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Topalhəsənli kəndində 37 yaşlı M.Yusibov bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Onun mübahisə zəminində bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi