Goranboyda yol qəzası baş verib, xəsarət alan var

Hadisə
  • 13 sentyabr, 2019
  • 08:59
Goranboyda yol qəzası baş verib, xəsarət alan var

Goranboy rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızılhacılı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Fuad Həsənov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun yaxınları travmatologiya şöbəsində çalışan tibb işçilərinə təzyiq göstəriblər.

Faktla bağlı araşdırma aparılır.