Goranboyda evakuator qəza törədib, daşıdığı avtomobil yararsız hala düşüb

Hadisə
  • 07 sentyabr, 2022
  • 21:35
Goranboyda evakuator qəza törədib, daşıdığı avtomobil yararsız hala düşüb

Goranboy rayonunda nasaz avtomobili daşıyan evakuator qəza törədib, daşıdığı avtomobil yük yerindən kənara aşaraq yararsız hala düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Üzərində "Mercedes" markalı avtomobil daşıyan evakuator "VAZ -21099" markalı avtomobillə toqquşub.

Nəticədə evakuatorun yük yerində olan nəqliyyat vasitəsi yolun kənarına aşaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti