Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb - YENİLƏNİB-2

Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb - YENİLƏNİB-2 Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Oktyabr , 2017 19:32
Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb - YENİLƏNİB-2

Goranboy. 27 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş qəzada xəsarət alan sərnişinlərdən biri, 1963-cü il təvəllüdlü Rəna Hüseyn qızı Bağırovanın vəziyyəti ağırlaşıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda reanimasiya şöbəsində müalicə alan qadının Gəncədəki xəstəxanalardan birinə köçürüləcəyi bildirilib.

*** 18:39

Goranboy. 27 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda çaya düşən avtobusda xəsarət alanların adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 30-a yaxın şəxs xəsarət alıb. 

Yaralılar:

Orucova Şəlalə Mustafa qızı (48 yaş)

Vəliyeva Qızxanım İlyas qızı (51 yaş)

Aslanova Mehriban Müzəffər qızı (48 yaş)

Məmmədova Gülarə Camal qızı (1962)

Ələkbərova Xalidə Salman qızı (1961)

Əhmədova Xatirə Nağı qızı (1975)

İsmayılova Nazilə Qafar qızı (1960)

Hacıyeva Afaq (1995)

Zamanova İhamə Teymur qızı (1972)

Nəsibova Rafilə Teymur qızı (1962)

Ələsov Sarvan Qiyas oğlu (1996)

Məmmədova Sevinc Ziyafət qızı (1964)

Məmmədova Pəranə Güloğlan qızı (1964)

Arıyeva Gülşən Mehman qızı (1990)


***18:21

Goranboy. 27 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda fəhlələri daşıyan avtobus körpüdən çaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Pambıq sahəsindən fəhlələri gətirən avtobusun çaya düşməsi nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi