Goranboyda canavarlar 5 qoyunu parçalayıb - FOTO

Goranboyda canavarlar 5 qoyunu parçalayıb - FOTO Goranboy. 18 fevral. REPORT.AZ/ Goranboyda yırtıcılar mal-qaraya hücum edib.
Hadisə
18 Fevral , 2019 01:57
Goranboyda canavarlar 5 qoyunu parçalayıb - FOTO

Goranboy. 18 fevral. REPORT.AZ/ Goranboyda yırtıcılar mal-qaraya hücum edib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Eyvazlılar kəndində baş verib.

Belə ki, canavarlar kənd yaxınlığındakı örüşdə xırda buynuzlu heyvanlara hücum edərək 5 baş qoyunu parçalayıblar. Yırtıcılar tərəfindən parçalanan heyvanlardan 3-ü kənd sakini Kamil Əhmədova, 2-i isə Oqtay Xəlilova məxsusdur. Şahidlərin sözlərinə görə, sürüyə hücum edən yırtıcıların da sayı 5 olub.

Eyni vaxtda canavarlar qonşuluqdakı Boluslu kəndindəki fermalardan birinə də hücum edərək, bir baş qoyunu parçalayıblar.

Qeyd edək ki, bu, son günlər baş verən növbəti hadisədir. Bir neçə gün əvvəl rayonun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.

Son xəbərlər

Orphus sistemi