Goranboyda yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, həmin şəxs Bərdə rayon sakini, 1966-cı il təvəllüdlü Ç.Kazımovdur.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
17:33
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində "VAZ-2106" və "Chevrolet" markalı avtomobillər toqquşub.
Nəticədə 1 nəfər ölüb.
Əraziyə yol polisi əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
![](https://static.report.az/photo/1d6983cf-b763-36d9-b543-225ef7da5e2f_300.jpg)