Goranboyda ağır yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Hadisə
  • 05 iyul, 2018
  • 13:48
Goranboyda ağır yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB
Report

Goranboy. 5 iyul. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, “Suzuki” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb. 

Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 


*** 16:14

Goranboy rayonunda ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınmış qəzada ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə