Goranboyda ağır yol qəzasında ölənlərin sayı artıb

Goranboyda ağır yol qəzasında ölənlərin sayı artıb Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
23 Yanvar , 2022 17:33
Goranboyda ağır yol qəzasında ölənlərin sayı artıb

Goranboyda avtomobil qəzasında ölənlərin sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alanlardan Əliyeva Dilarə (1972) yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

13:34

Goranboyda ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi bəlli olub.

“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşası zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıverdiyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

13:05

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi