Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub
Hadisə
- 13 fevral, 2022
- 18:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 5,9 olduğu üçün yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da 3-4 bala qədər hiss edilib.
22:32
Azərbaycanda yeraltı təkanlar hiss edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar daha çox Gəncə şəhərində hiss olunub.
Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər şəhərlərdə, habelə Mərkəzi Aran rayonlarında, şimal-qərb bölgəsində də hiss edilib.
Son xəbərlər
01:41
Azərbaycan və Rusiya rəsmiləri Şimal-Cənub Dəhlizinin inkişafını müzakirə ediblər
Xarici siyasət01:22
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Digər ölkələr01:06
Vuçiç: Serbiya vətəndaşları dövlətin təhlükə altında olduğunu anlayıblar
Digər ölkələr00:53
UEFA Millətlər Liqası: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib
Futbol00:33
Astarada avtomobil aşıb, ölən var
Hadisə00:17
Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
Region23:52
Çində mədəni su basıb, ölənlər var
Digər ölkələr23:37
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
Digər ölkələr23:25