Gəncədə obyektdə yanğın olub
Hadisə
- 28 noyabr, 2023
- 17:32
Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektlərin birində yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yanğın ümumi sahəsi 74 kvadratmetr olan obyektin təsərrüfat otağında baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində obyektin təsərrüfat otağında elektrik sayğacı, kabellər və qapılar yanıb.
Qeyd edək ki, sahibkara məxsus obyektdə ofis, paltar və telefon aksessuarı mağazaları fəaliyyət göstərir.
Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
09:12
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir - YENİLƏNİB
Media09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.07.2026)
Maliyyə09:00
"Neftçi" Sloveniyadakı sonuncu yoxlama oyununa bu gün çıxacaq
Futbol08:45
Avropada ekstremal istilərdən azı 10 min insan həlak olub
Digər ölkələr08:30
SEPAH: ABŞ-nin "Patriot" sistemləri və PUA idarəetmə mərkəzi məhv edilib - YENİLƏNİB
Region08:15
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:06
"NourNews": İranın azı 13 şəhəri ABŞ-nin zərbələrinə məruz qalıb
Region08:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
Media07:49