Gəncə. 19 fevral.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsi, 2-ci döngə, bina 14, mənzil 1 ünvanında qeydə alınıb.
Belə ki, birinci qrup əlil Taisiya Aleksandr qızı Kambulovanın yanmış meyiti evdə aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Mərhumun hadisə zamanı evdə tək olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 11:49
Gəncə. 19 fevral.
"Report"un Qərb bürosu xəbər verir ki, , hadisə şəhərin Fərhad Əliyev küçəsi, 2-ci döngə, bina 14, mənzil 1 ünvanında qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanan evdə yaşlı qadının olduğu bildirilir.
Əlavə məlumat veriləcək.