Gəncədə mənzildə meyiti tapılan qadının şəxsiyyəti məlum olub - YENİLƏNİB
- 24 oktyabr, 2023
- 14:44
Gəncə şəhərində mənzildə meyiti tapılan qadının şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospekti, bina 32, mənzil 15 ünvanında meyiti aşkarlanan şəxsin - 1953-cü il təvəllüdlü Almaz Əliyeva olduğu məlum olub.
Onun həmin ünvanda tək yaşadığı və ilkin olaraq xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Xatırladaq ki, meyit FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qapısı bağlı olan mənzildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
18:02
Gəncədə mənzildə meyit tapılıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.