Gəncədə Kəlbəcər sakinini maşın vuraraq öldürüb

Hadisə
  • 01 avqust, 2015
  • 08:39
Gəncədə Kəlbəcər sakinini maşın vuraraq öldürüb

Bakı. 1 avqust. REPORT.AZ/ Gəncədə Kəlbəcər sakinini maşın vurub. "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 31-də saat 08 radələrində Gəncənin Nizami rayonunun Gülüstan qəsəbəsində şəhər sakini Elnur Əsədov idarə etdiyi "QAZ-270500" markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Nazim Hümmətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Rayon Polis İdarəsi araşdırma aparır.

Bundan əlavə, iyulun 31-də saat 07 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Zahid Fərzəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xatirə Məcnunovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.