Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Gəncədə evə ildırım düşüb, yanğın baş verib.
Hadisə
24 Sentyabr , 2023 19:52
Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Gəncə şəhərində ildırım nəticəsində baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, ildırım düşməsi nəticəsində şəhər ərazisində 3 mərtəbəli binanın 2-ci mərtəbəsində olan mənzillərin birinin mətbəxində elektrik avadanlığında qısaqapanma nəticəsində yanğın olub.

Yanğın dərhal söndürülərək genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

19:23

Gəncədə evə ildırım düşüb, yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Bununla yanaşı, park ərazisinə də ildırım düşüb. Nəticədə parkda olan şəxslərdən biri şok keçirib. O, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, axşam saatlarından şəhər ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Qeyri-sabit hava şəraiti ətraf rayonlarda da davam edir.

Son xəbərlər

Orphus sistemi